Tayvan sahillərinə yaxınlaşan Çin təyyarələri və gəmilərini aşkarlayıb

3-01-2025, 12:47           
Tayvan sahillərinə yaxınlaşan Çin təyyarələri və gəmilərini aşkarlayıb
Tayvanın silahlı qüvvələri Çin Xalq Azadlıq Ordusunun adaya yaxınlaşan 24 təyyarəsi və 7 gəmisini qeydə alıb.

Tribunainfo.az-ın məlumatına görə, bu barədə Tayvanın hərbi idarəsi “X”də bildirib.

“Yerli vaxtla saat 06:00-a qədər Tayvan ətrafında Çin Hərbi Dəniz Qüvvələrinin 24 təyyarəsi və 7 gəmisi aşkar edilib”, – məlumatda deyilir.

Qeyd edilir ki, onlardan 18-i orta xətti keçərək Tayvanın şimal, cənub-qərb və şərq hava hücumundan müdafiə zonalarına daxil olub. “Biz vəziyyəti izlədik və buna uyğun reaksiya verdik”, – məlumatda qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru