Bu ölkə 20-dən çox aviaşirkətin uçuşlarını qadağan etmək istəyir

4-01-2025, 00:09           
Bu ölkə 20-dən çox aviaşirkətin uçuşlarını qadağan etmək istəyir
Moldova hakimiyyəti bir sıra ölkələrin, o cümlədən Ermənistan və Rusiya aviaşirkətlərinin fəaliyyətinə qadağa qoya bilər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin İnfrastruktur və Regional İnkişaf Nazirliyi müvafiq layihənin müzakirəyə çıxarılmasını təklif edib.

Bildirilir ki, belə bir qərarın məqsədi milli qanunvericiliyi Avropa İttifaqının normalarına uyğunlaşdırmaqdır.

Siyahıya Rusiya, Ermənistan, Əfqanıstan, Qırğızıstan, Tanzaniya, Konqo, İran, Liviya və Sudan da daxil olmaqla 20-dən çox ölkənin aviaşirkətləri daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru