Ukrayna ilə Rusiya arasındakı müharibə bu il bitə bilər

4-01-2025, 11:14           
Ukrayna ilə Rusiya arasındakı müharibə bu il bitə bilər
Ukrayna ilə Rusiya arasındakı müharibə bu il bitə bilər.

Bu barədə Almaniyanın "Bild" nəşri yazıb.

Bildirilib ki, Almaniya Rusiya Prezidenti Vladimir Putinin müharibəni bu il bitirə biləcəyinə ümid edir:

"Çünki artıq bu barədə siqnallar var".

Qeyd olunub ki, tariflərin və ərzaq qiymətlərinin artması, rublun ucuzlaşması və hərbi sənaye kompleksinin həddən artıq yüklənməsi ilə bağlı digər sahələrdə böhranın yaranması mənfi nəticələrə gətirib çıxara bilər.

Nəşrin iddiasına görə, Kreml regionları 2026-cı il seçkilərinə hazırlayır və müharibənin başa çatması qələbə kimi təqdim ediləcək.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl müharibənin 2025-ci ildə başa çatacağına ümid etdiyini bildirmişdi.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru