Qrenlandiya Danimarkadan ayrılmaq istəyir

4-01-2025, 17:14           
Qrenlandiya Danimarkadan ayrılmaq istəyir
Qrenlandiyanın baş naziri Mute Egede Danimarkadan müstəqillik əldə etmək istədiklərini açıqlayıb.

Onun sözlərinə görə, tarix və indiki şərtlər göstərir ki, Qrenlandiyanın Danimarka ilə əməkdaşlığı tam bərabərliyin yaradılmasına gətirib çıxarmayıb.

“İrəliləmək və gələcəyi özümüz formalaşdırmaq vaxtıdır, o cümlədən kiminlə sıx əməkdaşlıq etdiyimiz və ticarət tərəfdaşlarımızın kim olacağına da qərar vermək zamanıdır”, – deyə o bildirib.

Egedenin sözlərinə görə, müstəqillik haqqında qərarı Qrenlandiya xalqı verməlidir, lakin müvafiq referendumun nə vaxt keçirilə biləcəyini dəqiqləşdirməyib.

Xatırladaq ki, Qrenlandiya 1953-cü ilə qədər Danimarkanın koloniyası olub. Hazırda Danimarkanın muxtar ərazisidir və 2009-cu ildə müstəqillik hüququ qazanıb. Adanın 57 min sakininin əksəriyyətinin müstəqillik qərarını dəstəklədiyi güman edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru