Polşa Aİ Şurasına sədrliyi dövründə ABŞ, Böyük Britaniya və Cənubi Koreya ilə əməkdaşlığı gücləndirəcək

4-01-2025, 10:24           
Polşa Aİ Şurasına sədrliyi dövründə ABŞ, Böyük Britaniya və Cənubi Koreya ilə əməkdaşlığı gücləndirəcək
Polşa Avropa İttifaqı (Aİ) Şurasına altı aylıq sədrliyi çərçivəsində NATO, həmçinin Aİ-yə üzv olmayan tərəfdaşları, xüsusilə ABŞ, Böyük Britaniya və Cənubi Koreya ilə əməkdaşlığı gücləndirəcək.

İndex.az xəbər verir ki, bu barədə məlumat Polşanın Aİ Şurasına sədrliyi ilə əlaqədar fəaliyyət proqramında öz əksini tapıb.

Proqramda qeyd olunub ki, hazırda Rusiyanın strateji məqsədi beynəlxalq nizamı yenidən nəzərdən keçirmək və keçmişdəki nüfuz dairələrini bərpa etməkdir:

“Bu isə İkinci Dünya müharibəsindən bəri Avropa üçün ən böyük təhlükədir. Bizim Avropanın müdafiəsi üzrə NATO-nun səylərini tamamlayan birgə və iddialı fəaliyyətlərə ehtiyacımız var. Müdafiə hazırlığını artırmaq istiqamətində addımlar atılmalıdır. Polşa sədrliyi bu fəaliyyətləri dəstəkləyəcək və Aİ-də müdafiənin maliyyələşdirilməsi ilə bağlı dərin müzakirələrə təkan verəcək”.

Diqqətə çatdırılıb ki, Aİ ölkələri müdafiə xərclərini artırmalı və onu təhdidlərə uyğun səviyyədə saxlamalıdırlar.

“Müdafiə imkanları və hazırlığı ilə əlaqədar güclü dəstəyə ehtiyac var. “Şərq Qalxanı” və “Baltik Müdafiə Xətti” kimi əsas müdafiə infrastrukturlarının dəstəklənməsi vacibdir. Çünki onlar hibrid və hərbi təhdidlərdən bizi qoruyaraq Aİ-nin ümumi təhlükəsizliyini gücləndirəcək”, – proqramda vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru