ABŞ-da yeni seçilmiş Konqres öz işinə başlayır

4-01-2025, 10:18           
ABŞ-da yeni seçilmiş Konqres öz işinə başlayır
Konqresin ilk iş günündə ən mühüm vəzifələrindən biri Nümayəndələr Palatasının sədrinin seçilməsidir

2024-cü ilin noyabrında keçirilən seçkilərdən sonra formalaşan yeni ABŞ Konqresi yanvarın 3-də işə başlayıb. AYNA “CBS News”a istinadən xəbər verir ki, konqresmenlər Bakı vaxtı ilə saat 22:00-a ilk iclasına toplaşacaqlar.

2019-cu ildən bəri ilk dəfə Respublikaçılar Partiyası həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluğa sahibdir. Son Konqresdə, 118-ci çağırışda Respublikaçılar Partiyası Nümayəndələr Palatasına, Demokratlar Partiyası isə Senata nəzarət edirdi.

Hər iki palataya nəzarət respublikaçılara prezident seçkilərində demokrat rəqibi Kamala Harrisi məğlub edən Donald Trampın seçki platformasını həyata keçirməyə kömək edə bilər.

Trampın andiçmə mərasiminin yanvarın 20-nə planlaşdırılıb və onun Vaşinqtonda keçiriləcəyi gözlənilir.

Konqresin ilk iş günündə ən mühüm vəzifələrindən biri Nümayəndələr Palatasının sədrinin seçilməsidir. Hazırda bu vəzifəni Mayk Conson tutur. Yeni seçilmiş spiker Palatanın digər üzvləri qarşısında and içəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru