Qətər Suriyaya bütün sahələrdə dəstəyini ifadə edib

5-01-2025, 11:07           
Qətər Suriyaya bütün sahələrdə dəstəyini ifadə edib
Qətərin Xarici İşlər Nazirliyinin dövlət naziri Məhəmməd əl-Xuleyfi və yeni Suriya administrasiyasının xarici işlər naziri Əsəd Həsən əş-Şibani telefon danışığı zamanı respublikadakı vəziyyəti müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə əmirliyin xarici siyasət idarəsi məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı əl-Xuleyfi əş-Şibaniyə Qətərin Suriyaya bütün sahələrdə, xüsusilə humanitar istiqamətdə daimi dəstəyini təmin edəcəyini vəd edib. Öz növbəsində, Suriyanın keçid hökumətinin XİN başçısı Dohanın Suriya xalqına münasibətdə qəti mövqeyinə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, yanvarın 3-də əş-Şibani yaxın günlərdə Qətər, BƏƏ və İordaniyaya səfər etmək planlarını açıqlayıb. Yeni Suriya administrasiyası bu səfərin sabitlik və təhlükəsizliyin qorunmasına, həmçinin ölkənin iqtisadi bərpasına töhfə verəcəyinə ümid edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.