Yaponiyada 276 kiloqramlıq balıq inanılmaz qiymətə satıldı 6-01-2025, 15:48 Tokioda keçirilən ilin ilk auksionunda 276 kq çəkisi olan mavi üzgəcli tuna balığı 207 milyon yeninə (1,3 milyon dollara) satılıb.TASS xəbər verir ki, bu barədə hərrac təşkilatçıları məlumat yayıblar.Satılan tuna balığı Aomori prefekturasının şimalında tutulub.Bildirilir ki, ən bahalı balığı dadmaq üçün artıq növbəyə duran müştərilər var. Facebook-da paylaş