Almaniya Suriyaya yalnız bir şərtlə yardım göstərəcək…

7-01-2025, 07:14           
Almaniya Suriyaya yalnız bir şərtlə yardım göstərəcək…
“Almaniya Suriyaya yalnız ölkənin yeni hakimiyyət orqanları qadınların və azlıqların hüquqlarına hörmət etdiyi təqdirdə maliyyə yardımı göstərəcək”.

Tribunainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Barbok deyib.

O qeyd edib ki, Berlin “islamçı strukturları” dəstəkləmək niyyətində deyil. Nazir həmçinin vurğulayıb ki, Suriyanı tərk etmiş milyonlarla təhsilli vətəndaş qadınlar təhlükəsiz olmadığı təqdirdə heç vaxt vətənlərinə qayıtmayacaqlar.

Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok yanvarın 3-ü Dəməşqdə Suriyanın lideri Əhməd əl-Şara ilə görüşüb. Görüş zamanı Əhməd əl-Şara qadın nazirin əlini sıxmayıb. Həmçinin Suriyanın yeni hakimiyyət orqanlarının həmin görüşdən sonra dərc etdiyi fotoda Berbokun üzü blur edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru