Tramp növbəti dəfə Kanadanı ABŞ-nin ştatı olmağa çağırıb

7-01-2025, 10:24           
Tramp növbəti dəfə Kanadanı ABŞ-nin ştatı olmağa çağırıb
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanadanı ölkəsinin 51-ci ştatı olmağa çağırıb.

Bu barədə Tramp Kanadanın Baş naziri Castin Trüdonun Liberal Partiyasının lideri vəzifəsindən istefa verməsindən sonra bəyan edib.

Qeyd edək ki, C. Trüdo bu gün Liberal Partiyasının lideri vəzifəsindən istefa verib.

Xatırladaq ki, D.Tramp əvvəllər də bu təkliflə çıxış edib. O, sonuncu dəfə 2024-cü il dekabrın 6-da Kanadanı ABŞ-nin ştatı olmağa çağırmışdı. Respublikaçıların lideri Milad təbrikində Baş nazir Castin Trüdonu qubernator adlandırıb və öz təklifinin reallaşacağı təqdirdə kanadalılar üçün vergilərin 60 %-dən çox azaladacağını söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru