"Belarusdakı diktatura Ukraynadakı demokratiyadan daha yaxşıdır". BelTa agentliyi xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko, Loqoiskdəki Müqəddəs Nikolay Kilsəsində keçirilən Milad mərasimi zamanı bildirib. "Qoy desinlər ki, bizdə diktatura var və ya başqa bir şey. Dinləyin, Belarusdakı diktatura, Ukraynadakı demokratiyadan yaxşıdır. Heç bir halda geri çəkilməməliyik", - deyə Lukaşenko bildirib.