ABŞ Ukraynaya 500 milyon dollarlıq yeni hərbi yardım paketini elan edəcək

9-01-2025, 11:44           
ABŞ Ukraynaya 500 milyon dollarlıq yeni hərbi yardım paketini elan edəcək
ABŞ Prezidenti Cozef Baydenin administrasiyası yaxın vaxtlarda Ukraynaya 500 milyon dollar məbləğində növbəti hərbi yardım paketinin çatdırılmasını elan edəcək.
Bu barədə "Associated Press" iki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, yardım fövqəladə hallar zamanı Konqresin təsdiqi olmadan xarici tərəfdaşa silah tədarük etməyə imkan verən mexanizm vasitəsilə köçürüləcək. Pentaqonun yüksək rütbəli rəsmisi bildirib ki, məqsəd silahların yanvarın sonuna qədər Ukraynaya təhvil verilməsidir.

Xatırladaq ki, ABŞ yanvarın 9-da Ukraynaya genişmiqyaslı yekun hərbi yardım paketini açıqlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru