Makron Trampın Qrenlandiya iddasına cavab verdi: “Avropa ölkələri ayılmalıdır”

9-01-2025, 16:24           
Makron Trampın Qrenlandiya iddasına cavab verdi: “Avropa ölkələri ayılmalıdır”
Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, ABŞ-nin yeni Prezidenti Donald Trampın Qrenlandiyanın mümkün ilhaqı ilə bağlı bəyanatlarından sonra Avropa ölkələri ayılmalı, təhlükəsizlik və rəqabət qabiliyyətini daha da fəal şəkildə gücləndirməlidir.

APA xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro Parisdə ABŞ dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında deyib.

Trampın sözlərini şərh edən Barro deyib ki, bütün bunlar dünyanın “gücün hökm etdiyi” dövrə qədəm qoyduğunu göstərir.

Onun sözlərinə görə, məhz buna görə Fransa son 7 ildə Avropanın müdafiə, ticarət və rəqabətqabiliyyətlilik sahələrində güclənməsini fəal şəkildə təşviq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru