Bu 3 ölkə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər

Dünən, 16:24           
Bu 3 ölkə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər
Yunanıstan, Kipr və Misir liderləri enerji, müdafiə, liman xidmətləri və mədəniyyət sahələrində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

“Report”un “ERT News” telekanalına istinadən verdiyi məlumata görə, bunu Qahirədə keçirilən üçtərəfli sammitin yekunları üzrə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis deyib.

Onun sözlərinə görə, sammitdə enerji sahəsində strateji əməkdaşlığı gücləndirmək öhdəliyi bir daha təsdiqlənib.

Qeyd edək ki, bu gün Qahirədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Yunanıstan Baş naziri Kiriakos Mitsotakis və Kipr Prezidenti Nikos Kristodulides arasında 10-cu üçtərəfli sammit keçirilib.

Tərəflər, eləcə də Kipr qazının Misirin LNG qurğuları vasitəsilə ixracı imkanları və Misirlə Yunanıstan arasında elektrik enerjisi bağlantısı mövzularını müzakirə ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.