ABŞ ilə bu ölkə arasında viza rejimi ləğv edilir

9-01-2025, 16:45           
ABŞ ilə bu ölkə arasında viza rejimi ləğv edilir
Rumıniya vətəndaşları Səyahət İcazəsinin Elektron Sistemi platforması vasitəsilə ABŞ hakimiyyətinə gələcək səfərləri barədə məlumat verərək mart ayından etibarən ABŞ-yə vizasız daxil ola biləcəklər.

Gununsesi.info xəbər verir ki, bu barədə “Agerpres” agentliyinə Rumıniyanın xarici işlər naziri Emil Hurezeanu məlumat verib.

“Biz daha 2,5 ay, yəni martın 1-nə qədər gözləməliyik. Söhbət texniki sistemlərin həllindən gedir”, – XİN rəhbəri qeyd edib.

Onun sözlərinə görə, Rumıniya vətəndaşlarının ABŞ-yə daxil olması üçün vizaya ehtiyacı olmayan 43-cü ölkə olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru