İranda onlarla ərəb şair və incəsənət xadimi həbs edildi

10-01-2025, 00:01           
İranda onlarla ərəb şair və incəsənət xadimi həbs edildi
İranın Xuzistan əyalətində ərəb etnik qrupundan olan onlarla şair və incəsənət xadimi təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən həbs edilib.

“İran İnternational” xəbər verir ki, bu barədə məlumatı “Harana” hüquq müdafiəsi saytı yayıb.

Bildirilib ki, hazırda onların 28-nin kimliyi təsdiqlənib.

“Karun” hüquq müdafiə təşkilatının hesabatına əsasən, yanvar ayı başlayandan İranın Əhvaz, Şadqan, Ramşir, Şüştə, Xürrəmşəhr və Susanqard şəhərlərində ərəb etnik qrupundan olan 30-a yaxın İslam Respublikası vətəndaşı yerli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

“Haleş” qəzetinin məlumatına görə, Sistan və Bəlucistanda azı 38 nəfər saxlanılıb.

Qeyd edək ki, ötən gün İran polisi bu əyalətdə iki bəluc gəncə atəş açaraq öldürüb.

Bildirilib ki, beynəlxalq insan hüquq müdafiəsi təşkilatının hesabatına əsasən, ötən il İranda azı 2 783 ictimai və siyasi fəal həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru