Çində milli idman avtomobili buraxılacaq

Bu gün, 16:44           
Çində milli idman avtomobili buraxılacaq
Çinin Sənaye və Ticarət Nazirliyinin açıq məlumat bazasında "Small Sports Car" startapının ikiqapılı avtomobilinin fotoları və texniki xüsusiyyətləri peyda olub.

Motor.ru xəbər verir ki, kiçik sportkar SC01-in dizaynı 2022-ci ilin payızında nümayiş etdirilib və hazırda elektromobil seriyalı istehsala hazırdır.

Kupe ikimotorlu tamötürücülüdür (435 at gücü), çəkisi isə 1 365 kiloqramdır.

İstehsal versiyası SC01 prototipindən tamamilə yenidən işlənmiş aerodinamik kuzova malik olması ilə fərqlənir. Standart təkərlər 245/40 ZR18-dir.

Yeni modelin uzunluğu, eni və hündürlüyü müvafiq olaraq 4 106, 1 830 və 1 170 millimetr, təkər bazası isə 2 503 millimetrdir.

2022-ci ildə hədəf qiymət 300 min yuan (41 min dollar) olaraq təyin edilib. İndi bu, 100 kilovat-saatlıq akkumulyatora və 789 at gücünə malik tamötürücülü elektrik qurğusuna malik "Zeekr 001"in qiyməti ilə müqayisə edilə bilər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.