Saakaşvili Gürcüstana qayıtmaqdan imtina etdi - "Mən bura qastrola gəlməmişəm"

8-10-2016, 12:43           
Saakaşvili Gürcüstana qayıtmaqdan imtina etdi - "Mən bura qastrola gəlməmişəm"
Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili vətəninə bir dəfəlik qayıtmaq niyyətində deyil.

AzVision.az “112 Ukrayna”ya istinadən xəbər verir ki, Saakaşvili fəaliyyətini Ukrayanada davam etdirəcəyini bildirib.

“Mən bura qastrola gəlməmişəm. Döyüş meydanını tərk etməli deyiləm. Lakin birmənalı olaraq, seçkilərdən sonra Gürcüstana gedəcəyəm, öz ölkəmə kömək edəcəyəm. Öz hesabıma məzuniyyət götürəcəyəm və yaxın günlərdə hər hansı bir proseslərə cəlb olunacağam”, - deyə Saakaşvili vurğulayıb.

Sabiq prezident bəyan edib ki, seçkilərdən sonra maneəsiz şəkildə Gürcüstana gedib-gələ biləcək: “Bütün polislərin, silahlı qüvvələrin bizim tərəfimizdə, yəni dövlətçilik və qanunvericiliyin tərəfində olduğu vaxt heç kim mənə barmağını da toxundura bilməz”.

Saakaşvili çıxışında Ukraynada yaşayacağını, Gürcüstana köçməyəcəyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru