Lavrov: “ABŞ Rusiyanın milli təhlükəsizliyini hədələyir”

10-10-2016, 01:01           
Lavrov: “ABŞ Rusiyanın milli təhlükəsizliyini hədələyir”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyir ki, ABŞ onların milli təhlükəsizliyini hədələyən “aqressiv addımlar” atır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyir ki, ABŞ onların milli təhlükəsizliyini hədələyən “aqressiv addımlar” atır.

“Biz ABŞ-ın Rusiyaya qarşı siyasətində fundamental dəyişikliklərin şahidiyik, bu, heç də sadəcə ritorik rusofobiya deyil, milli təhliüləsizliyimizi, milli maraqlarımızı hədələyən aqressiyadır”, deyə Lavrov Rusiyanın “Birinci kanal”ına verdiyi müsahibədə bildirib.


Nazir ABŞ-ın Rusiya ilə sərhəddə yerləşən Şərqi Avropa ölkələrinə hərbi texnika daşıdığına işarə edib.

Lavrov onu da deyib ki, ABŞ Suriya hökumət qüvvələrinə hava zərbələri endirsə, Rusiya da öz növbəsində Suriya hökumətini müdafiə edəcək.

Vaşinqton və Moskvanın Suriya münaqişəsində bir-biri ilə kəskin fikir ayrılıqları var. ABŞ-la Rusiyanın münasibətləri Ukrayna böhranından sonra daha da pisləşib. Krımın ilhaqından sonra ABŞ Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru