Tailand kralı IX Ramanın (Pxumipon Adulyadet) səhhəti pisləşib. “Report” xəbər verir ki, bu barədə “Bangkok Post” nəşri yazıb.
Məlumata görə, ötən gün aparılan hemodializ prosedurundan sonra o, qeyri-stabil vəziyyətdədir. Həkimlərin məlumatına görə, qanı təmizləndikdən sonra 88 yaşlı monarxın təzyiqi kəskin aşağı düşüb. Krala lazımi dərman preparatları verilib və o, böyrəklərin süni havalandırılması aparatına qoşulub.