Klinton Trampa qalib gəldi – CNN

10-10-2016, 11:54           

ABŞ prezidentliyinə namizəd Hilari Klinton debatların ikinci raundunda respublikaçı rəqibi Donald Trampa qalib gəlib.

Bunu “CNN” telekanalının keçirdiyi blits-sorğunun nəticələri göstərir.

Respondentlərin 57 faizi Klintonu debatın qalibi hesab edib. Trampın xeyrinə isə 37 faiz səs verib. Bu arada rəyi soruşulanların 63 faizi bu debatda respublikaçıların əvvəlkinə nisbətdə daha yaxşı olduğunu düşünür. Bunun əleyhinə isə 21 faiz səs verib. 5 faiz isə Trampın çıxışında heç bir fərq görmədiyini vurğulayıb.

Tramp isə öz növbəsində teledebatların aparıcılarının Klintona cavab vermək üçün daha çox vaxt verdiklərini bildirib: “Siz ona bir dəqiqə artıq danışmağa imkan verirsiniz, lakin mən vaxtdan bir saniyə keçdikdəməni dayandırırsınız”, – deyə Tramp vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru