"TikTok"un ABŞ-da mövcudluğu Prezident Trampdan asılıdır

Bu gün, 16:44           
"TikTok"un ABŞ-da mövcudluğu Prezident Trampdan asılıdır
ABŞ-da TikTok-un milyonlarla istifadəçisi diqqəti tətbiqin Çinli ana şirkəti ByteDance-ə ABŞ-da bir alıcı ilə razılıq əldə etməsi üçün 75 gün möhlət verən yenicə vəzifəsinin icrasına başlayan Prezident Donald Trampa yönəldib.

Prezident Donald Trampın bazar ertəsi and içərək vəzifəsinin icrasına başlayandan sonra ilk addımları arasında sosial media tətbiqi TikTok-un çinli sahibinə ABŞ-dan alıcı tapması, əks təqdirdə isə qadağan edilməsi üçün 75 günlük möhlət vermək barədə sərəncam imzalaması oldu.

“Düşünürəm ki, məndə TikTok-la bağlı isti hisslərim var ki, əvvəlcə yox idi, amma sonra TikTok-a girdim və gənclərin 36%-nin dəstəyini qazandım,” Prezident Donald Tramp bildirib.

Bu addım platformanın Pekində qərargahlanan sahibi ByteDance və onun 170 milyon amerikalı istifadəçisi üçün taleyin son anda dəyişməsi oldu.

ABŞ Ali Məhkəməsi TikTok-un ABŞ-dakı filialının ABŞ şirkətinə çevrilməsini və ya milli təhlükəsizliklə bağlı narahatlıqlar səbəbilə ölkədə qadağan edilməsini tələb edən qanunvericiliyi təsdiq etdikdən sonra tətbiq qısa müddətə bağlanıb.

Amma Tramp möhlət müddətinin uzadılmasına dəstək siqnalı verməyə başlayandan sonra bu dəyişib.

Trampın inaqurasiyasında qonaq qismində iştirak edən TikTok-un baş icraçı direktoru Şou Çu cümə günü video formatda Trampa təşəkkür edib.

“Biz platformamızı həqiqətən dərk edən, öz düşüncələrini və perspektivlərini ifadə etmək üçün TikTok-dan istifadə edən bir prezidentin dəstəyinə görə minnətdarıq və məmnunuq,” TikTok-un baş icraçı direktoru Şou Çu deyib.

Ancaq hüquq üzrə bəzi ekspertlər deyir ki, Trampın vaxtı uzatması TikTok-u bulud xidmətləri ilə təmin edən Oracle kimi şirkətləri qorumaya bilər, çünki Konqresin tətbiq etdiyi qanun hələ də qüvvədədir.

“Bu, tamamilə mümkündür və mən şübhələnirəm ki, Oracle səhmdarları və bəzi hüquqşünaslar hazırda bu barədə düşünürlər, olduqca mümkündür ki, son 48 saat ərzində Oracle özünü potensial olaraq yüz milyardlarla dollar məsuliyyətə açıb və Trampın bu məsuliyyəti aradan qaldırmaq üçün edə biləcəyi heç nə yoxdur,” Minnesota Universitetinin Hüquq Məktəbindən Alan Rozenşteyn deyir.

Trampın bu addımı onun vəzifədəki ilk müddəti ilə kəskin ziddiyyət təşkil edib. Belə ki, həmin zaman o, TikTok-un ABŞ istifadəçiləri ilə bağlı məlumatları Çin hökuməti ilə paylaşa biləcəyi ilə bağlı iddialar səbəbilə tətbiqi qadağan etmək istəyirdi.

Bazar ertəsi müxbirlərin suallarını cavablandıran Tramp yeni bir həll yolu irəli sürüb: şirkətin yarısına ABŞ hökumətinin sahib olması.

“Mən ABŞ-ın TikTokun 50 fazini aldığı, ona çox və ya az nəzarət edə biləcəyi bir razılıq əldə etmək ehtimalının olduğunu düşünürəm… bu onlardan asılıdır,” o deyib.

Konqres başda TikTok-a ABŞ-da alıcı tapması üçün 270 gün versə də, satışla bağlı işərin aparıldığına dair heç bir işarə olmayıb.

“Məncə, onların buna icazə verməməsi Çin hökumətinin bu proqramı olduğu kimi saxlamaqda real milli təhlükəsizlik maraqlarının olduğuna işarədir ki, bu, bizi həqiqətən narahat etməlidir və Konqresin bu qanun layihəsini qəbul etməsi üçün əsl təkan olduğunu vurğulayır,” Tərəqqi Palatasının baş icraçı direktoru Adam Kovaveviç deyib.

TikTok-a əlavə 75 gün verilib, amma Trampın dəstəyinə baxmayaraq, şirkətin gələcəyi hələ də sual altındadır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.