İranın ən yaxşı pilotu təyyarə qəzasında öldü

11-10-2016, 09:39           
İranın ən yaxşı pilotu təyyarə qəzasında öldü
İranda yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində İnqilab Keşikçiləri Qvardiyasının "Saberin" ("Dözümlü") xüsusi təyinatlı eskadriliyanın komandiri Əhməd Mayeli həyatını itirib.

"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, həlak olan İran İnqilab Keşikçilərinin ən yaxşı pilotlarından olub. İnformasiyaya görə, ikinci pilot ağır yaralanıb. Məlumata görə, hadisə İranın cənub-şərqində yerləşən Sistan-Bəkucistan əyalətində, İranşəhr ərazsində baş verib.

İnformasiyada bildirilib ki, hadisənin baş vermə səbəbi araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru