HƏMAS ərəb ölkələrinin liderlərini görüşə çağırdı

7-02-2025, 11:44           
HƏMAS ərəb ölkələrinin liderlərini görüşə çağırdı
Fələstinin HƏMAS hərəkatı ABŞ Prezidenti Donald Trampın son bəyanatlarından sonra ərəb ölkələrinin liderlərini Qəzza zolağındakı vəziyyətlə bağlı təcili toplantı keçirməyə çağırıb.
HƏMAS nümayəndəsi Hazem Qasımın müvafiq bəyanatı hərəkatın teleqram kanalında dərc olunub.

“Biz Trampın bəyanatlarını qətiyyətlə rədd edirik: Qəzza yalnız onun sakinlərinə məxsusdur və onlar oranı tərk etməyəcəklər. Bununla əlaqədar biz ərəb ölkələrinin başçılarını təcili toplantı keçirməyi və fələstinlilərin zorla çıxarılması planlarına qarşı çıxmaq yollarını müzakirə etməyə çağırırıq”, - Qasım vurğulayıb.

Xatırladaq ki, Tramp artıq bir neçə dəfə Qəzza zolağının sakinlərinin Misir və İordaniyaya, yaxud digər ölkələrə köçürülməli olduğunu bəyan edib. O bildirib ki, ABŞ anklavı nəzarətə götürməyə, minalardan təmizləməyə və infrastrukturu bərpa etməyə hazırdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru