Kremldən Kürdüstan mesajı: ''İraq bölünməyəcək''

22-10-2016, 20:35           
Kremldən Kürdüstan mesajı: ''İraq bölünməyəcək''
Rusiya İraqın ərazi və siyasi bütövlüyünün tərəfdarıdır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. Onun sözlərinə görə, Rusiya üçün, ümumiyyətlə, İraqın ərazi bütövlüyü məsələsi müzakirəyə qapalıdır.

Qeyd edək ki, bundan öncə İraq hökuməti Türkiyəni İraqda öz təsir dairəsini genişləndirməkdə günahlandırıb. Qərb mətbuatı isə artıq uzun müddətdir ölkənin siyasi parçalanma yaşadığını və ölkənin şimalında Kürd Muxtariyyətinin müstəqil dövlətə çevrilmə ehtimalının artdığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru