Qahirədə Misir ordusunungeneralı öldürülüb

22-10-2016, 20:44           

Oktyabrın 22-də Qahirədə naməlum şəxslər Misir ordusunun yüksək komandir heyətinin nümayəndəsi general-mayor Adil Raqaini güllələyib.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, insident oktyabrın 21-də Qahirənin şərqindəki Əl-Obur rayonunda general evindən çıxan zaman baş verib. Raqai paytaxt yaxınlığında yerləşən iri hərbi bazanın rəisi olub.

Hazırda qətlin arxasında kimin dayandığı bəlli olmasa da, ilkin təhqiqat hadisənin Sinay yarımadasında fəaliyyət göstərən ekstremist qruplarla bağlılığına işarə edir.

Misir iki ildən artıqdır ki, Sinay yarımadasının çətin keçilən rayonlarında yaraqlılara qarşı antiterror əməliyyatları aparır. Bu müddət ərzində regionda yüzlərlə polis işçisi və hərbi qulluqçu terror hücumlarının qurbanı olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.