ABŞ-dan Rusiyaya cavab zərbəsi –Haker hücumu

23-10-2016, 23:19           

“The Jester” adlı amerikalı haker Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytına hücum təşkil edib.

“Qafqazinfo”nun “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, haker saytda diplomatlara müraciətini yerləşdirib. O, müraciətində amerikalılara qarşı hücumların dayandırılmasını tələb edib.

Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumatı təsdiqləyib.

Qeyd edək ki, dünən ABŞ-ın bir sıra rəsmi və qeyri-rəsmi təşkilatlarının internet səhifələri də haker hücumuna məruz qalmışdı.

ABŞ rəsmən bəyan edib ki, Rusiya və ÇİN-dən edilən kiber hücumlar nəticəsində ölkənin 70 faizinin internetə girişi "blok" edilib, dövlətə 7 milyarda yaxın zərər dəyib.

Bu gün isə Rusiya XİN-nin rəsmi səhifəsinə edilən hücumun bu baxımdan cavab xarakterli olduğu güman edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.