Saakaşvilinin həyat yoldaşı seçki yarışından geri çəkildi –Səbəb

23-10-2016, 23:22           

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulovs Zuqdidi şəhərində birmandatlı dairə üzrə parlament seçkilərinin ikinci turunda iştirak etməyəcəyini açıqlayıb.

O, bunu bu gün “Odişi Nyus” telekanalına açıqlamasında bildirib.

Vahid Milli Hərəkat Partiyasından deputatlığa namizəd olan S. Rulovs deyib ki, səsvermə prosesinin gedişində ciddi pozuntular olub və seçkilərin ikinci turunda iştirak etməyi məqsədəuyğun saymır.

Qeyd edək ki, MSK-nın məlumatına görə, Zuqdidi dairəsi üzrə seçkilərin ilkin nəticələrinə əsasən, S. Rulovs bu dairədə seçicilərin səslərinin 44,48 faizini, hakim Gürcü Arzusunun namizədi Edişer Toloraya isə səslərin 48,63 faizinin səsini toplayıb.

Namizədlərdən heç bir 50 faiz+1 səs toplamadığı üçün seçkilərin ikinci turu təşkil olunacaq. S. Rulovs ikinci turda iştirak etmək istəmədiyini açıqlasa da, seçki qanunvericiliyinə əsasən ikinci turda da onun adı seçki bülletenində olacaq.

APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru