Moskvada güllələnmiş iki erməni meyiti tapılıb

24-10-2016, 01:12           
Moskvada güllələnmiş iki erməni meyiti tapılıb
Rusiya paytaxtında kirayə verilən mənzildə üzərilərində güllə yaraları olan iki Ermənistan vətəndaşının meyiti tapılıb.

APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə Rusiya İstintaq Komitəsinin nümayəndəsi Yuliya İvanova bildirib.

“Yeni Moskva rayonunda kirayə verilən mənzildə üzərilərində güllə yaraları olan iki Ermənistan vətəndaşının meyiti tapılıb. Faktla bağlı cinayət işinə başlanılıb”, deyə Y.İvanova bildirib.

Onun sözlərinə görə, hazırda hadisə yerində müstəntiqlər işləyir. Ölənlərin şəxsiyyətləri müəyyənləşdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru