Ərdoğanın “keçmişdə Mosul, Kərkük , Hələb bizim idi” açıqlaması “Hizbullah”ı narahat etdi
24-10-2016, 01:17
Hizbullah lideri Həsən Nəsrullah dünən etdiyi çıxışında Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın “Mosul , Kərkük keçmişdə Türkiyənin idi” açıqlamasına reaksiya verib. Avropa.info xəbər verir ki, Nəsrullah Ərdoğanın çıxışını təhrif etməyə çalışıb. “İraqlılar Mosul üçün döyüşür, qarşılığında Türkiyə gəlib Mosul türkdür və Türkiyəyə geri verilməlidir deyir. Hələbdə də eynisini edirlər. Hələb bizimdir, Suriyanın deyil’ deyirlər” deyə Nəsrullah bildirib. Qeyd edək ki, iki gün öncə Bursada çıxış edən Ərdoğan İraqda baş verənlərdən danışmışdı “Hələb kimi keçmişdə bizə aid olan torpaqlar, İslam mədəniyyətinin qədim şəhərləri məhv edildi . Eyni şəkildə İraqın qədim şəhərləri, Kərkük, Mosul keçmişdə bizim idi.İndi mən Misakı Milli deyincə qızırlar. Mən tarix dərsi verirəm anlayın! 2003-dən bu yana izlənilən səhv siyasət səbəbiylə bölgə ölüm tarlalarına çevrildi. Özləri bir şey etmədikləri halda bizi də maneə törətdilər. Biz İraq böhranının başlamasından bəri ölkənin açarının tək bir məzhəbə verilməyəcəyini söylədik ” deyə Ərdoğan qeyd edib.