Hərbçi özünü və avtomobilini partlatdı: 1 ölü, 3 yaralı

24-10-2016, 01:24           
Hərbçi özünü və avtomobilini partlatdı: 1 ölü, 3 yaralı
Polis araşdırma aparır
Bu gün səhər Yaponiyada törədilən partlayışların təfərrüatları məlum olub. Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Yaponiya Özünümüdafiə Qüvvələrinin istefada olan əməkdaşı Tosikatsu Kurixara Utsunomiya şəhərində parkda bayram tədbiri keçirilərkən üzərindəki partlayıcı qurğunu işə salıb.
Partlayış samuray paltarı geyinmiş uşaqların şəhərin mərkəzindəki parka yaxınlaşan zaman baş verib. Partlayış nəticəsində biri uşaq olmaqla, üç nəfər yaralanıb. T.Kurixaranın cəsədi isə tanınmaz hala düşüb, 72 yaşlı hərbçini yalnız dişindən müəyyən etmək mümkün olub. T.Kurixaranın paltarından bir məktub tapılıb. O, həyatdan bezdiyini yazıb.
Eyni vaxtda parkdan 200 metr kənarda yerləşən dayanacaqda bir avtomobildə də partlayış baş verib. Polis avtomobilin T.Kurixaraya məxsus olduğunu müəyyənləşdirib. T.Kurixaranın ev də bu gün tamamilə yanıb.
Polis araşdırma aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru