Rusiya ordusu yenidən Ukraynanı hücumlara məruz qoyub, ölən və yaralananlar var

23-04-2025, 09:44           
Rusiya ordusu yenidən Ukraynanı hücumlara məruz qoyub, ölən və yaralananlar var
"Ukraynaya 54 dron hücumu nəticəsində 69 yaşlı qadın həyatını itirib, ağır yalalılar arasında üç nəfər uşaq da var..."

Aprelin 22-də, çərşənbə axşamı Rusiya ordusu Zaporojyeyə zərbə endirib. Nəticədə bir nəfər həlak olub, ən azı 22 nəfər yaralanıb.

Moderator.az xəbər verir ki, bu barədə Zaporojye vilayətinin hərbi administrasiyasının rəhbəri İvan Fyodorov məlumat verib.

Fyodorovun sözlərinə görə, şəhərdə pilotsuz uçuş aparatları və idarə olunan aviasiya bombalarından istifadə təhlükəsi səbəbindən hava hücumu xəbərdarlığı elan olunub və hava hücumundan müdafiə sistemləri işə düşüb. "69 yaşlı qadın ağır yaralanıb. Həkimlər onu reanimasiya etməyə çalışsalar da, həyatını xilas etmək mümkün olmayıb", - bölgə rəhbəri bildirib.

Bundan əlavə, üç uşaq da yaralanıb, onların vəziyyəti orta ağırdır, deyə Fyodorov əlavə edib. Onun sözlərinə görə, bombalardan biri infrastruktur obyektinə, digəri isə sıx məskunlaşmış rayona düşüb. Fyodorovun yaydığı görüntülərə əsasən, hücum nəticəsində çoxmərtəbəli yaşayış binası ciddi ziyan görüb. Altı nəfərə yerində tibbi yardım göstərilib.

Ukraynaya gecə hücumları

Aprelin 22-də gün ərzində Rusiya qoşunları "Shahed" dronları ilə Xarkova genişmiqyaslı hücum həyata keçirib. Bu barədə şəhər meri İqor Terexov məlumat verib. Onun sözlərinə görə, səkkiz nəfər yaralanıb.

Şəhərin dörd rayonuna zərbələr endirilib və zərbə yerlərində yanğınlar baş verib. İlkin məlumatlara əsasən, 12 dron zərbəsi qeydə alınıb. Xarkov vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, dronlardan biri yol örtüyünə düşüb və nəticədə avtomobil yanmağa başlayıb.

Aprelin 22-nə keçən gecə Rusiya ordusu Ukrayna ərazisinə 54 hücum dronu və imitasiya dronları ilə hücum edib. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya hücumu nəticəsində Odessada azı üç nəfər yaralanıb. Eyni zamanda, mülki infrastruktur, yaşayış binaları, təhsil müəssisəsi və nəqliyyat vasitələri zərər görüb. Bu barədə fövqəladə hallar xidməti məlumat yayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.