Tramp dəstəyini itirir - cəmi 42 faiz qalıb

23-04-2025, 10:38           
Tramp dəstəyini itirir - cəmi 42 faiz qalıb
ABŞ Prezidenti Donald Trampın fəaliyyətinə amerikalıların dəstəyi 42 %-ə düşüb. Bu onun Ağ evə qayıtdığı vaxtdan bəri ən aşağı göstəricidir.

Bu, “Ipsos” xidmətinin “Reuters” agentliyi üçün keçirdiyi sorğuların nəticələrində əks olunub.

Belə ki, respondentlərin 42 %-i Trampın dövlət başçısı kimi fəaliyyətini bəyənir, yarıdan çoxu – 53% – onun siyasətini dəstəkləmir.

“Ipsos”un əvvəlki sorğusunun nəticələrinə görə, Trampın təsdiq reytinqi 43 % idi. Mart ayının ikinci yarısında bu göstərici 45 % təşkil edirdi. Agentlik populyarlığın azalmasını, o cümlədən Tramp administrasiyasının “həddindən artıq liberal olan” universitetləri təqib etməsi ilə əlaqələndirir: aprel ayının ortalarında ABŞ Təhsil Nazirliyi Harvard Universitetinə 2,2 milyard dollar məbləğində qrantların və 60 milyon dollar məbləğində uzunmüddətli müqavilələrin dondurulduğunu elan edib.

Sorğu iştirakçılarının 59 %-i hesab edir ki, ABŞ beynəlxalq arenada nüfuzunu itirir. Sorğuda iştirak edənlərin təxminən dörddə üçü Trampın 2028-ci ildə üçüncü müddətə namizədliyini irəli sürməsini istəmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru