Husilər ABŞ-ın aviadaşıyan gəmisinə raket zərbəsi endiriblər - F-18 təyyarəsini vurub

1-05-2025, 15:08           
Husilər ABŞ-ın aviadaşıyan gəmisinə raket zərbəsi endiriblər - F-18 təyyarəsini vurub
Yəmənin "Ansar Allah" (HUSİ) hərəkatı tərəfindən ABŞ-ın Harry Truman təyyarədaşıyan gəmisinə edilən hücum nəticəsində F-18 döyüş təyyarəsi vurulub.

Bu barədə Al Masirah telekanalı, Husilər nümayəndəsi Yahya Sariya-ya istinadən məlumat yayıb.

Sariya bildirib ki, "Harry Truman" aviadaşıyan gəmisinə qarşı aparılan əməliyyat nəticəsində F-18 döyüş təyyarəsi vurulub və bu əməliyyat vasitəsilə ölkələrinə qarşı olan hava hücumu da dayandırılıb.

28 aprel tarixində ABŞ-ın USS Harry S. Truman aviadaşıyan gəmisindən F/A-18E Super Hornet təyyarəsinin Qırmızı dənizə düşdüyü barədə məlumat yayılıb.

ABŞ Hərbi Dəniz Qüvvələrinin rəsmi açıqlamasına görə, təyyarənin çəkilməsi zamanı ekipaj təyyarəyə nəzarəti itirib və nəticədə həm təyyarə, həm də çəkici dənizə düşüb. Həmçinin, açıqlamada bildirilir ki, ekipajın bir üzvü yüngül xəsarətlər alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru