Finlandiyada məktəblərdə şagirdlərə yeni qadağa qoyuldu

1-05-2025, 16:34           
Finlandiyada məktəblərdə şagirdlərə yeni qadağa qoyuldu
Finlandiya məktəblərində dərs zamanı mobil telefonlardan istifadəyə ciddi məhdudiyyətlər tətbiq edilib.
İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı ölkə parlamenti yeni qanunu qəbul edib.

Sənədə əsasən, 2025-ci il avqustun 1-dən etibarən məktəblərdə dərs saatlarında smartfon və digər mobil cihazlardan istifadə yalnız məhdud hallar üçün mümkün olacaq.

Yeni qaydalara əsasən, şagirdlər mobil cihazlardan yalnız müəllimin icazəsi ilə - fövqəladə vəziyyətlərdə, sağlamlıqla bağlı ehtiyac yaranarsa və ya təhsil məqsədilə istifadə edə biləcəklər. Qanunun icrasına nəzarət məktəb rəhbərliyinə həvalə olunub və qaydaların pozulmasına qarşı cəza tədbirləri də nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru