Bu ölkədə elektrikin kəsilməsi ilə bağlı istintaq gizli aparılacaq

1-05-2025, 17:24           
Bu ölkədə elektrikin kəsilməsi ilə bağlı istintaq gizli aparılacaq
İspaniyanın Milli Ədalət Məhkəməsi aprelin 28-də baş vermiş və demək olar ki, bütün ölkəni əhatə edən kütləvi elektrik kəsilməsi ilə bağlı istintaq prosesini məxfi şəkildə aparacaq.

Demokrat.az xəbər verir ki, bu barədə krallığın məhkəmə orqanlarının press-relizində bildirilib.

Məlumatda deyilir ki, bu prosesdə məxfiliyin elan edilməsinin xüsusi məqsədi istintaqın nəticəsini ciddi təhlükə altına sala biləcək vəziyyətin qarşısını almaqdır.

Qeyd olunur ki, elektrik şəbəkəsindəki nasazlığın ölkənin kritik infrastrukturuna qarşı kibertəxribatın nəticəsi olub-olmadığını müəyyən etmək üçün araşdırma aparılır.

Aprelin 28-də İspaniya, Portuqaliya və Fransanın Pireney yarımadası ilə həmsərhəd bölgələrində qəfil və geniş şəkildə elektrik kəsilməsi baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru