Üçüncü Reyx barədə müəmmalar: Hitlerin FSB arxivindəki çənə sümüyü özündə nəyi gizlədir?

1-05-2025, 15:32           
Üçüncü Reyx barədə müəmmalar:
Üçüncü Reyxin fürerı Adolf Hitlerin Federal Təhlükəsizlik Xidmətinin (FSB) arxivində saxlanılan çənə sümüyünün fotosu yayılıb.

Oxu.Az-ın məlumatına görə, müvafiq şəkli İnsan Hüquqları Şurasının üzvü Yeva Merkaçeva özünün "Telegram" kanalında paylaşıb.

"Məhz bu, (çənə sümüyü) fürerin özünü öldürdüyünün, həyatının qalan hissəsini haradasa (məsələn, Argentinada) keçirmədiyinin əsas sübutu hesab olunur", - deyə Merkaçeva yazıb.

O qeyd edib ki, Hitlerə qarşı əməliyyat-axtarış işi 1945-ci ildə açılıb. Arxivdə saxlanılan işin üz qabığında yazılıb: "SSRİ Dövlət Təhlükəsizlik Nazirliyi. İş №300919".

İşin materiallarına Hitlerin Yeva Braunla gizləndiyi yanmış bunkerin şəkilləri daxildir. Onlara Qızıl Ordu zabiti tərəfindən hazırlanmış əl ilə çəkilmiş otaq planı əlavə edilib. Xidməti otaqlar, Hitlerin və Yeva Braunun otaqlarından əlavə, bunkerdə Yozef Gebbels və Hitlerin şəxsi həkimi Lüdviq Ştumpfeggerin otaqları da olub. Gebbels və onun uşaqlarının otağı ayrıca yerləşib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru