İsrail silah ixracında yeni rekorda İMZA ATDI

5-06-2025, 16:34           
İsrail silah ixracında yeni rekorda İMZA ATDI
İsrailin 2024-cü ildə müdafiə ixracı rekord həddə çatıb və 14.8 milyard dollar təşkil edib.
Ajans.az xəbər verir ki, bu barədə "The Times of Israel" ölkənin Müdafiə Nazirliyinin hesabatına istinadən məlumat yayıb.

Nazirlik qeyd edir ki, rəqəmlər dördüncü ildir ki, artmaqdadır və əldə edilmiş nəticə artıq son onilliyin ortalama müdafiə ixracından iki dəfə çoxdur.

Məlumata görə, sövdələşmələrin 50 faizindən çoxu Avropa ölkələri ilə, 23 faizi Asiya-Sakit Okean regionu ölkələri ilə bağlanıb. Ümumi silah ixracının 9 faizi isə Şimali Amerikaya gedib.

Ən əhəmiyyətli artım hava hücumundan müdafiə sistemləri, peyk və kosmik texnologiyaların ixracında müşahidə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru