Bolqarıstan 2026-cı ildən avroya keçməyi planlaşdırır

5-06-2025, 16:24           
Bolqarıstan 2026-cı ildən avroya keçməyi planlaşdırır
Bolqarıstan Avropa valyutasına keçidi 2026-cı il yanvarın 1-dək başa çatdırmağı gözləyir. Bu proses iyul ayında bir sıra Avropa qurumları tərəfindən bu qərarın rəsmi təsdiqindən sonra fəaliyyətə başlayacaq.

Trend-in məlumatına görə, bu barədə ölkənin baş naziri Rosen Jelyazkov bildirib.

"Bu, iyulun 8-də qəbul ediləcək qərarlar, Avropa Parlamenti və Avropa İttifaqı Şurasının qərarları ilə rəsmiləşdiriləcək. Bu qərarlarla avronun dövriyyəyə buraxılması prosesi 2026-cı il yanvarın 1-də rəsmi olaraq başlayacaq", - deyə baş nazir qeyd edib.

O əlavə edib ki, bu tarixdən həm də ötən il Bolqarıstan Milli Assambleyasının avronun dövriyyəyə buraxılması ilə bağlı qəbul etdiyi qanuna uyğun olaraq müəyyən tədbirlərə başlanılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru