İsrail Livana zərbələr endirəcəyini AÇIQLADI

6-06-2025, 10:18           
İsrail Livana zərbələr endirəcəyini AÇIQLADI
Livanın paytaxtı Beyrutun cənubunda yerləşən və “Hizbullah”ın pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün istifadə etdiyi bir neçə yeraltı obyektə tezliklə zərbələr endiriləcək.
“Times of Israel” xəbər verir ki, bu bəyanatla İsrail Müdafiə Qüvvələri (İDF) çıxış edib.

"Hizbullah" İsrailə qarşı gələcək müharibəyə hazırlaşmaq üçün pilotsuz uçuş aparatlarının istehsal prosesini genişləndirməyə çalışır", - bəyanatda deyilir.

İDF iddia edir ki, bu, İsrail və Livan arasında əldə olunmuş razılaşmaların açıq şəkildə pozulması deməkdir.

“Hizbullah” Livan dövləti üçün çətinliklər yaradır və razılaşmaların həyata keçirilməsinə mane olur", - İsrail Müdafiə Qüvvələrinin bəyanatında deyilir.

Hərbi qüvvələr zərbələrdən əvvəl Livan paytaxtında bir neçə binanın sakinləri üçün təxliyə xəbərdarlığı edib.

Artıq sosial şəbəkələrdə bu xəbərdarlıqdan sonra ərazini tərk etməyə çalışan insanların tıxaclarda ilişib qaldığını əks etdirən videolar yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru