Tramp məhkəmə vasitəsilə Təhsil Departamentini ləğv etmək istəyir

7-06-2025, 11:06           
Tramp məhkəmə vasitəsilə Təhsil Departamentini ləğv etmək istəyir
ABŞ Prezidenti Donald Tramp administrasiyası ölkənin Təhsil Departamentinin ləğv olunması prosesinə başlanmasına icazə verilməsi xahişi ilə Ali Məhkəməyə ərizə ilə müraciət edib.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilir ki, bu qərar təhsil siyasəti üzərində nəzarətin ştatlara və yerli hakimiyyət orqanlarına keçməsinə səbəb ola bilər.

Təhsil Departamenti ölkədə 100 minə yaxın dövlət və 34 min özəl məktəbə nəzarət üzrə məsuliyyət daşıyır.

Eyni zamanda, dövlət məktəblərinin maliyyələşdirilməsinin 85 faizdən çoxu yerli və ştat hakimiyyət orqanları tərəfindən təmin olunur.

Trampın departamenti ləğv etmək cəhdləri onun federal hökumətin kiçildilməsi və yenidən təşkili üzrə daha geniş kampaniyasının bir hissəsidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru