Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ

7-06-2025, 15:14           
Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ
Qlobal istiləşmə ilə əlaqədar olaraq okean səviyyəsinin yüksəlməsi ada dövlətləri üçün ekzistensial təhlükə yaradır.

TASS xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) yaydığı hesabatda qeyd olunub.

Hesabatda Sakit okeanın cənub-qərbində 2024-cü ildə qeydə alınmış temperatur rekorduna diqqət çəkilir.


Sənəddə vurğulanır ki, hər il Sakit okean adalarının ən azı 50 min sakini iqlim dəyişikliyinin mənfi təsirləri səbəbilə məcburi köçkün olmaq riski ilə üz-üzə qalır.

Sakit okeanın səviyyəsi qlobal orta səviyyədən yüksəkdir və əhalinin yarıdan çoxunun sahildən 500 metr məsafədə yaşadığı adalar üçün ciddi təhlükə yaradır.

Yerli icmalar yüksəkriskli ərazilərdə qalmaq və ya daha təhlükəsiz ərazilərə köçmək barədə çətin qərarlar verməyə məcbur qalırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru