Britaniyada kral qvardiyasına qarşı terror aktının qarşısı alındı

8-06-2025, 10:38           
Britaniyada kral qvardiyasına qarşı terror aktının qarşısı alındı
Böyük Britaniyada polis əməkdaşları kral III Çarlzın mühafizəçisinə qarşı terror aktının qarşısını alıblar.

Bu barədə "Sun" qəzeti yazır.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Britaniya monarxını mühafizə edən hərbçilərə qarşı terror aktının qarşısını alıblar.

Bildirilir ki, ötən həftə polis Slau şəhərində hücum və yanğın törətmək məqsədilə silah saxlamaqda şübhəli bilinən gənci saxlayıb. Daha sonra o, terror aktları hazırlamaqda ittiham olunub. Təcavüzkarın təkbaşına hərəkət etdiyi güman edilir.

Təhlükəsizliyə görə Koldstrim Qvardiyası personalına iki gün ərzində hərbi geyimdə kazarmadan çıxmamaq əmri verilib. Kazarmalar kral iqamətgahı olan Vindsor qəsrinin yaxınlığında yerləşir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru