Kreml “Pautina”ya cavab hazırlayır: ABŞ xəbərdarlıq etdi

8-06-2025, 15:06           
Kreml “Pautina”ya cavab hazırlayır:
Rusiya “Hörümçək toru” əməliyyatına cavab olaraq Ukraynaya daha güclü zərbə endirə bilər. ABŞ rəsmilərinin sözlərinə görə, Kreml “Hörümçək toru” əməliyyatına hələ tam reaksiya verməyib, ona görə də yaxın gələcəkdə Ukrayna Təhlükəsizlik Xidmətinin infrastrukturunu əhatə edə biləcək çoxtərəfli hücum mümkündür.

Yenixeber.org: Bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, mümkün zərbənin vaxtı məlum deyil, lakin hücum yaxın günlərdə baş verə bilər.

Mənbələr deyib ki, Kremlin cavabı müxtəlif növ hava vasitələrindən, o cümlədən raketlər və PUA-lardan istifadəni əhatə edəcək.

“Röyters”ə danışan rəsmilər hücumun potensial hədəflərini açıqlamayıblar və ya kəşfiyyat məlumatları ilə bağlı şərh verməyiblər, lakin onlardan biri cavabın asimmetrik olacağını bilirib, yəni bu, Ukraynanın Rusiya təyyarələrinə vurduğu zərbəni mütləq əks etdirməyəcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru