Bu ölkədən Ukraynaya 2 milyardlıq hərbi yardım - Müharibə daha da alovlanır

Dünən, 09:34           
Bu ölkədən Ukraynaya 2 milyardlıq hərbi yardım -
Ukrayna hökuməti bu gün silah alışı üçün Böyük Britaniyadan təxminən 1,7 milyard funt sterlinq, təxminən 2,2 milyard dollar cəlb etmək qərarına gəlib.

Sitat.info UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıxal Nazirlər Kabinetinin iclasında bildirib.
Denis Şmıxal bildirib ki, bu vəsaitlər hesabına hava hücumundan müdafiə imkanları xeyli geclənəcək:

"Biz bu vəsaitdən Rapid Ranger SAM sistemlərinin, eləcə də "Marlet" yüngül çoxməqsədli raketlərinin alınmasına sərf etməyi planlaşdırırıq. Bu, bizim hava hücumundan müdafiəmizi və düşməni dayandırmaq imkanlarımızı xeyli gücləndirəcək", - o deyib.

Şmxal onu da əlavə etdi ki, bu ay İngiltərə də pilotsuz təyyarələrin çatdırılması üçün rekord yardım elan etdi. Söhbət 350 milyon funt sterlinqdən gedir ki, bu da Ukraynaya bu il 100 min pilotsuz uçan aparat ötürməyə imkan verəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.