Keniyada etirazlar: Avtomobillər yandırılır, gözyaşardıcı qaz istifadə olunur

13-06-2025, 09:24           
Keniyada etirazlar: Avtomobillər yandırılır, gözyaşardıcı qaz istifadə olunur
Keniyanın paytaxtı Nayrobidə tanınmış bloqer və ictimai fəal Albert Odcvanqın həbsxanada qəfil ölümü ilə bağlı genişmiqyaslı etiraz aksiyaları başlayıb.

Oxu.Az-ın rg.ru-ya istinadla verdiyi məlumata görə, etirazçılar onun ölümündə polis əməkdaşlarını günahlandırırlar.

Sosial şəbəkələrdə yüzminlərlə izləyicisi olan Odcvanq hüquq-mühafizə orqanlarındakı korrupsiyanı tənqid edən yazıları ilə tanınırdı. Onun "nifrət yaymaq" ittihamı ilə həbs edildiyi bildirilir.

Etirazçılar polis idarəsinə və Milli Assambleyaya hücum etməyə cəhd göstəriblər.

Polis gözyaşardıcı qazdan istifadə edərək aksiyanı dağıdıb. Bir neçə avtomobil yandırılıb, şəhərin mərkəzində gərginlik davam edir.

Aksiyanın əsas tələblərindən biri - bloqerin təqibində günahlandırılan polis rəsmisi, Baş Polis Müfəttişinin müavini Eliud Laqatın dərhal istefasıdır.

Ekspertlər qarşıdurmaların bir neçə gün davam edə biləcəyini istisna etmirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru