"Louis Vuitton"un Britaniya bölməsi kiberhücuma məruz qalıb

Bu gün, 15:24           
"Louis Vuitton"un Britaniya bölməsi kiberhücuma məruz qalıb
"Louis Vuitton Moet Hennessy" (LVMH) şirkətinin Böyük Britaniya bölməsi kiberhücuma məruz qalıb, nəticədə bəzi müştəri məlumatları oğurlanıb.

Bu barədə şirkət müştərilərinə məlumat verib.

Qeyd olunur ki, "Louis Vuitton UK" sistemlərinə icazəsiz giriş iyulun 2-də baş verib. Hakerlər adlara, istifadəçilərin əlaqə məlumatlarına və alış tarixçəsinə giriş əldə ediblər. Lakin hakerlərin maliyyə məlumatlarına, o cümlədən müştərilərin bank rekvizitlərinə çıxışı olmayıb.

Şirkət kiberhücumla bağlı aidiyyəti qurumları da xəbərdar edib.

"Bloomberg" qeyd edir ki, bu, artıq son aylarda LVMH-ə üçüncü haker hücumudur. Məsələn, onun "Louis Vuitton Korea" bölməsi keçən həftə bəzi müştəri məlumatlarının oğurlanması ilə nəticələnən oxşar kiberhücumları araşdırdığını açıqlamışdı.

May ayında LVMH-ə məxsus "Christian Dior Couture" brendi də kiberhücum barədə məlumat vermişdi.

Bu ilin əvvəlində isə Britaniyanın moda pərakəndə satış şirkəti "Marks & Spencer" (M&S) böyük bir haker hücumuna məruz qalmış və bunun nəticələrini 300 milyon funt-sterlinq dəyərində qiymətləndirmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.