Trampla xanımı hadisə yerində- VİDEO/FOTOLAR

12-07-2025, 12:27           
Trampla xanımı hadisə yerində- VİDEO/FOTOLAR
ABŞ Prezidenti Donald Tramp xanımı Melaniya Trampla ötən gün Texasda daşqından zərər çəkmiş ailələrlə görüşüblər.

Bu barədə “CBS News” məlumat yayıb.

Tramp ştat, federal və yerli rəsmilərlə dəyirmi masada faciənin miqyasından və sakinlərin keçirdiyi sarsıntıdan danışıb: “Onlar uşağını və ya iki uşağını itiriblər. Buna, sadəcə, inanmaq çətindir. Mən heç vaxt belə bir şey görməmişəm – kiçik, dar çay belə dəhşətli bədheybətə çevrilib. Amma birinci xanım və mən Texasda bu dəhşətli daşqından sonra millətimizin sevgisini, dəstəyini və iztirablarını ifadə etmək üçün buradayıq”.

M. Tramp isə ailələrə dəstək olmaq üçün Texasa yenidən qayıdacağına söz verib.

Qeyd edək ki, daşqınlar nəticəsində ştatda ölənlərin sayı 121-ə çatıb. Hələ də 170-dən çox insan itkin düşüb. Lakin xilasedicilər və ailələr itkin düşənlərin axtarışını davam etdirdikcə bu rəqəmin artacağı istisna edilmir./Qafqazinfo.az/













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru