Bu Avropa ölkəsi qırıcılarını təcili havaya qaldırdı

12-07-2025, 15:27           
Bu Avropa ölkəsi qırıcılarını təcili havaya qaldırdı
Polşa qırıcı təyyarələrini havaya qaldırıb.

Bu barədə Polşa Silahlı Qüvvələrinin bölmələrinin operativ komandanlığı "X" hesabında yazıb.

Bildirilir ki, Polşa təyyarələri Rusiyanın Ukraynadakı fəaliyyətinə görə qaldırılıb.

Qeyd olunur ki, əməliyyat komandiri ixtiyarında olan bütün qüvvə və vasitələrin işə salınması barədə göstəriş verib. Bundan əlavə, yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

"Silahlı qüvvələrin operativ komandanlığı mövcud vəziyyətə nəzarət edir, tabeli qüvvələr və vasitələr dərhal cavab tədbirləri üçün tam hazır vəziyyətdədir", - məlumatda deyilir. /"Report"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru