İsrail Rusiyaya xəbərdarlıq etdi

Dünən, 17:34           
İsrail Rusiyaya xəbərdarlıq etdi
İranın Yaxın Şərqdə artan təsiri həm regional, həm də qlobal təhlükəsizliyə ciddi təhdid yaradır.

Bu fikirləri İsrailin Şimal və Cənubun bərpası üzrə naziri, Knesset deputatı Zeev Elkin jurnalistlərlə söhbətində səsləndirib.

“Elə bir rejim tərəfindən idarə olunan İranın güclənməsi, orada dini fanatizmin mövcudluğu region üçün son dərəcə təhlükəlidir. Bu təhlükə yalnız Yaxın Şərqlə məhdudlaşmır, çünki İranın məqsədləri çox genişdir – nüvə bombası əldə etmək və daha uzaqmənzilli ballistik raketlər hazırlamaq”, – deyə Elkin bildirib.

İsrailli siyasətçi əlavə edib ki, İranın bu planları həyata keçərsə, bu, hətta Rusiyanın təhlükəsizliyinə də təhdid ola bilər.

Qeyd edək ki, iyulun 21-də Rusiya və İran müdafiə nazirləri – Andrey Belousov və Əziz Nəsirzadə arasında danışıqlar baş tutub. Görüşdə Moskva ilə Tehran arasında hərbi əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib./Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru